AXCP üzvü adam BIÇAQLADI - TƏFƏRRÜAT
Tarix: 12-08-2021, 11:56 | Çap et
AXCP üzvü adam BIÇAQLADI - TƏFƏRRÜAT

AXCP üzvü adam bıçaqladığı üçün həbs edilib.

Lent.az-ın məlumatına görə, partiyanın Xəzər rayon təşkilatının üzvü Aqil Hümbətovun həyat yoldaşı sosial şəbəkələrdə paylaşım edərək ərinin siyasi fəaliyyətinə görə polisə aparıldığını bildirib.

Polisdən Lent.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Aqil Hümbətov avqustun 11-də Zirə qəsəbəsində qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirib. A.Hümbnətov törətdiyi cinayət əməlinə görə Xəzər rayonu ərazisində polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net