Dələduzlar xəstə uşaq üçün yığılan pulu oğurladı - VİDEO
Tarix: 22-07-2021, 13:07 | Çap et
Dələduzlar xəstə uşaq üçün yığılan pulu oğurladı - VİDEO
Abşeronda xəstə uşağın müalicəsi üçün yığılan pul dələduzluq yolu ilə oğurlanıb.

Zərərçəkmiş Sevinc Kərimova deyir ki, oğlu uzun müddətdir torakal kifoz, onurğa sütununda s-vari skoliozdan əziyyət çəkir. İmkanları məhdud olan ailə çıxış yolunu dostların, tanışların və xeyirxah insanların köməyində görüb. Açdırdığı bank hesabına köməklik edən insanlar tərəfindən müəyyən məbləğdə pul yığılıb. Bu məqsədlə sosial şəbəkələrdə etdiyi paylaşımlardan sonra ona Ukraynadan zəng edilərək yardım etmək istəklərini bildiriblər. Elə hər şey də bundan sonra baş verib.
Çarəsiz ana deyir ki, övladının müalicəsi üçün yığılan həmin məbləğ kartdan oğurlanan kimi ona zəng vurulan nömrə də bloklanıb.

Zərərçəkmiş məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq məlumat verib.

Qeyd edək ki, Sevinc Kərimova özü də media nümayəndəsidir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net