Qohumları Moskvada iş yerində intihar edən Cəmil Axundovdan danışdı
Tarix: 9-07-2021, 18:01 | Çap et
Qohumları Moskvada iş yerində intihar edən Cəmil Axundovdan danışdı
Moskvanın Xoroşevski məhkəməsində işləyən məhkəmə icraçısı, həmyerlimiz Cəmil Axundov intihar edib.

“Moskovski Komsomolets” xəbər verir ki, 27 yaşlı Cəmil Axundov özünü məhkəmənin tualetində silahla vurub.

İntihara münasibət bildirən C.Axundovun qohumları bildiriblər ki, onun iş yoldaşları ilə konflikti olub və hətta bir neçə dəfə işindəki gərgin mühitdən şikayət edib.

C.Axundov subay olub. İşindən əlavə musiqi ilə məşğul olub, fortepianoda və sintezatorda ifa edə bilib.




Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net