Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsinin düşdüyü anı müşahidə kameraları çəkib - VİDEO - YENİLƏNİB
Tarix: 3-05-2021, 00:32 | Çap et

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltənin düşdüyü an müşahidə kameralarına düşüb.

APA həmin video görüntünü təqdim edir.



Qeyd edək ki, hadisə Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

***

15:48

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net