Quba rayonunda orta məktəb direktoru işdən çıxarılıb.
Bu barədə Oxu.Az-a Quba Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Məlumata görə, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə İspik kənd tam orta məktəbinin direktoru Bəxtiyar Kərimov alışmanın son yaş həddinə çatması ilə əlaqədar vəzifəsindən azad edilib.
Qeyd edək ki, keçmiş direktor təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev tərəfindən Fəxri fərmanla təltif edilib.