Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib
Tarix: 21-04-2021, 15:42 | Çap et
Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.

“Report” xəbər verir ki, o, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində çalışıb.

Q.Həsənov 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə “Atasığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini və birinci müavini vəzifəsini tutub.

Allah rəhmət eləsin!




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net