Göyçay rayonunda itlərin hücumuna məruz qalan yeniyetmə oğlan ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb. O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi müalicə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.