Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var - FOTO
Tarix: 23-03-2021, 13:49 | Çap et
Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net