Ağstafada həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açılıb
Tarix: 12-03-2021, 13:37 | Çap et
Ağstafada həmyerlilərini hədələyən şəxslərlə bağlı cinayət işi açılıb
Ağstafa Rayon Polis Şöbəsinə (RPŞ) cari il fevral ayının 14-də və 15-də internet xəbər saytlarından birində bölgə müxbiri işləyən, əvvəllər məhkum olunmuş F.Quliyevin və Ağstafa şəhər sakini V.Zeynalovun rayon sakinləri Z.Qasımov və Z.Mustafayev barəsində sosial səbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan 500 manat pul tələb etmələri barədə müraciət daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq araşdırmaları aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net