Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Köhnə Xudat Qazmalar kənd sakini X.Əlimovdan və Hil kənd sakini E.Şirinəliyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.