Bakı-Sumqayıt yolunda qəza: Yük avtomobili yararsız vəziyyətə düşdü - VİDEO
Tarix: 6-03-2021, 09:49 | Çap et
Bakı-Sumqayıt yolunda qəza: Yük avtomobili yararsız vəziyyətə düşdü - VİDEO
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə “Shacman” markalı yük avtomobilinin tamamilə yararsız hala düşməsi əks olunub.

Ehtimallara görə, Bakıdan Sumqayıt istiqamətində hərəkətdə olan zaman “Shacman”ın sürücüsü idarəetməni itirərək, əvvəlcə yolayrıcı bardürə çırpılıb və qarşı yola düşüb. Daha sonra yük avtomobili qarşı tərəfdəki yolun kənarında olan beton səddə çırpılıb.

Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net