İtkin düşən polkovnik-leytenantın nəşi Ömər aşırımından tapıldı...
Tarix: 27-02-2021, 08:09 | Çap et
İtkin düşən polkovnik-leytenantın nəşi Ömər aşırımından tapıldı...

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Publika.az xəbər verir ki, 46 yaşlı zabitimizin nəşi itkin düşməsindən 4 ay 23 gün sonra Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. O, doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qalıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net