Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub
Tarix: 21-02-2021, 21:59 | Çap et
Gədəbəydə baş verən güllələnmə hadisəsinin təfərrüatları məlum olub

Gədəbəydə baş verən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Fətulayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb.

DİN-in mətubat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib ki, hadidə ehtiyatsızlıqdan baş verib.

Onun sözlərinə görə kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə silahlı insident baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net