Gürcüstanda biznesmen qətlə yetirilib
Tarix: 4-02-2021, 16:32 | Çap et
Gürcüstanda biznesmen qətlə yetirilib

Gürcüstanın Poti şəhərinin mərkəzində qətl hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, naməlum şəxslər maşında olan 43 yaşlı kişiyə ona yaxın atəş açıblar.

Qətlə yetirilən şəxsin iş adamı Quram Axalaya olduğu müəyyən edilib. Şahidlərin sözlərinə görə, o, avtomobilində oğlunu gözləyərkən yaxınlıqdan keçən maşından atəşə tutulub. Biznesmen təcili tibbi yardım maşını hadisə yerinə çatana qədər ölüb.

Qətli törədən şəxs “isti izlər”lə saxlanılıb. Digər detallar hələ açıqlanmır.

Yerli mətbuatın məlumatına əsasən, Q.Axalaya bir neçə il ərzində xaricdə yaşayıb. Vətənə dönən iş adamının qisas zəminində qətlə yetirildiyi ehtimal olunur.





Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net