Kamran Əliyev: "Ötən il Azərbaycanda 193 qəsdən adam öldürmə cinayəti baş verib"
Tarix: 25-01-2021, 13:00 | Çap et
Kamran Əliyev: "Ötən il Azərbaycanda 193 qəsdən adam öldürmə cinayəti baş verib"
Ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, ötən il prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib:

“2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınıb ki, onların 94 faizinin açılması təmin edilib”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net