Qara dənizin Türkiyə hissəsində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə yük gəmisi batıb.
AZƏRTAC xəbər verir ki, Bartın rəhbərliyi uzunluğu 200 metr olan gəmidə 15 nəfərlik heyətin olduğunu bildirib.
Bartın limanındakı gəmilər axtarış-xilasetmə işlərinə cəlb olunub.
Gəminin hansı dövlətin bayrağı altında üzməsi və ekipajın taleyi barədə hələlik heç bir məlumat yoxdur.