Bakıda iki yaşayış binasında yanğın baş verib
Tarix: 5-01-2021, 12:08 | Çap et
Bakıda iki yaşayış binasında yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paytaxtda digər yanğın isə Sabunçu rayonunda qeydə alınıb. Ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net