Erməni terror təşkilatı ASALA-nın üzvü Abraam Tovmasyan Livanda avtomobil qəzasında ölüb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ASALA yayıb.
A.Tovmasyan təşkilata 1980-ci illərin əvvəllərində qoşulub. Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib.
O,1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib. 1985-ci ildə Livana qayıdıb. Terrorçunun ölmü ilə bağlı Ermənistanda matəm mərasimi keçiriləcək.