Atasına görə “Zəfəran”a 9190 manat ödədi, amma ölüsünü çıxardı... - GİLEY
"Atamı "Zəfəran” klinikasına apardım, 9190 manat ödədim, amma ölüsünü çıxardım”.
Qaynarinfo xəbər verir ki, bu sətirlər Sabirabad rayonu Qarağac kənd sakini Mirzəzadə Nüsrətin Azad İstehlakçılar İctimayi Birliyinə yazdığı şikayət məktubundan götürülüb.
"Bu şıkayəti təfsilatıyla yerləşdirmirəm, çünki 4 səhifəlik ərizədə klinika sahiblərinin adı çəkilir, varlı insanların nə üçün kasıbları hər yolla soymasına kasıb kəndlinin təəccübü ifadə olunur və s. Sabirabad rayonu Qarağac kənd sakini Mirzəzadə Nüsrət Azad İstehlakçılar İctimayi Birliyinə 04.09.2020-ci il tarixdə ərizə ilə müraciət edib. Şikayətçi 1956-ci il təvəllüdlü atasını qeyd olunan klinikaya yerləşdirərək, cərrah Ramin Əliyevin əməliyyatının uğurlu olacağı vədinə inanaraq qohum-əqrəbadan, banklardan kredit götürüb məbləğı klinikaya ödəyib. Bir neçə gündən sonra isə atasının nəşini aparmalı olub”, - Eyyub Hüseynov deyib.
Eyyub Hüseynov bildirib ki, bu şikayətlə bağlı birlik tərəfindən araşdırılma aparılıb və məbləğin bir hissəsi qaytarılıb:
"Bu kimi hallar ölkəmizin bütün klinikalarında baş verir. Ölkəmizdə "Pasiyentlərin hüquqlarının müdafiyəsi haqqında qanun” 10 ildən çoxdur ki, MM-də toz basıb, amma müzakirəyə çıxarılıb qəbul edilməlidir”.