DTX-nin tutduğu “Abu İbrahim Dağıstani” ləqəbli terrorçuya 19 il həbs cəzası verilib
Tarix: 5-09-2020, 13:17 | Çap et
DTX-nin tutduğu “Abu İbrahim Dağıstani” ləqəbli terrorçuya 19 il həbs cəzası verilib

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabrında Azərbaycana ekstradisiya edilmiş “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarını partlayıcı qurğularla təchiz edən mütəxəssis kimi fəaliyyət göstərmiş Güləliyev Bəhram Tağıbəy oğlunun məhkəməsi yekunlaşıb.

APA DTX-nin saytına istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhram Güləliyev 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə gizlin şəkildə Əfqanıstana gedib, orada qanunsuz silahlı birləşmələrə qoşulub. O, həmin təşkilatları kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.Araşdırmalar nəticəsində Əfqanıstan və Pakistanda təlimlər görən, döyüşlərə qatılan, üzvü olduğu dəstə ilə Suriyaya keçərək dini zəmində döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşı - 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə terror təşkilatlarının tərkibində Suriyanın bir neçə şəhərlərində döyüşən Azərbaycan vətəndaşı - 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu saxlanılıb.

Bununla yanaşı beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə Azərbaycan vətəndaşlığından çıxarılan - 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 5 il əvvəl Türkiyəyə, oradan bələdçi ilə Suriya ərazisinə keçdiyi, Cerablus, Rakka və digər şəhərlərdə dini zəmində münaqişələrdə iştirakı müəyyən edilib.

Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net