Tofiq Yaqubluya hökm oxundu
Tarix: 3-09-2020, 11:27 | Çap et
Tofiq Yaqubluya hökm oxundu
Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.




Xəbərlər
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net