Beyləqanda 12 nəfər "Aşura" mərasiminə görə saxlanıldı
Tarix: 30-08-2020, 14:26 | Çap et
Beyləqanda 12 nəfər "Aşura" mərasiminə görə saxlanıldı
Bərdə rayonunda bir qrup şəxs xüsusui karantin rejimini pozublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report" a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H.Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net