Lənkəranda 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Baku TV xəbər verir ki, bədbəxt hadisə rayonun Şilavar kəndindəki yeni yaşayış massivində baş verib.
60 yaşlı Xeyrulla Əsədullayev oğlunun evində təmir işləri apararkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.