Kür çayında boğulma hadisəsi baş verib.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.