Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Nardaran-2, Bilgəh, Buzovna, Lökbatan və Goradil sularda xilasetmə məntəqələrinin ərazisində 8 nəfər batma təhlükəsi ilə üzləşib.
FHN-dən APA-ya verilən məlumata görə, onların hər biri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.