Amerikalı gənc aktrisa intihar etdi
Tarix: 7-08-2020, 11:45 | Çap et
Amerikalı gənc aktrisa intihar etdi

Amerikalı aktrisa və model Deyzi Koulmen 23 yaşında intihar edib.

“Report” xəbər verir ki, bunu D.Koulmenin anası Melinda öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, qızı ötən gün axşam həyatına son qoyub. Anası bildirib ki, qızı Deyzi 14 yaşındakı təcavüz sarsıntısından hələ də özünə gələ bilmirmiş.

O deyib ki, Deyzi Koulmen və rəfiqəsi məktəbdə ikən seksual zorakılığa məruz qalıblar. Hadisədən sonra sosial şəbəkədə ona qarşı qarayaxmalar, ailəsinə qarşı isə təhdidlər yazılmağa başlayıb. Üstəlik, onları təhqir edənlər cəzadan yayına biliblər.

Qeyd edək ki, 2016-cı ildə “Netflix”də həmin olaya həsr edilmiş sənədli “Odri və Deyzi” filmi yayılıb. Bundan sonra D.Koulmen “Demokratiya indi!” serialı və “Ölümcül Texas tələsi” horrorunda çəkilib. O həmçinin model və tatu ustası olaraq çalışıb.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net