Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, avtomobil yolun kənarı ilə velosiped sürən 14 yaşlı Hüseynquliyev Muradı vurub. Uşaq xəstəxanaya aparılıb və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.