Qayınata tülkü əvəzinə gəlinini güllələyib öldürdü
Tarix: 25-07-2020, 09:58 | Çap et
Qayınata tülkü əvəzinə gəlinini güllələyib öldürdü

Türkiyənin Bartın vilayətində qayınata gəlinini tülkü sanaraq öldürüb.

“HaberGlobal” məlumat verir ki, 67 yaşlı Mustafa Gökçe bostandan lobya yığan 31 yaşlı gəlini Könül Gökçeni güllə ilə vurub.

Belə ki, ailəyə məxsus həyətdə tülkü üç toyuğu tələf edib. Axşam həyətdən gələn səsə çıxan M.Gökçe evinin eyvanından iki dəfə atəş açıb. Güllə iki uşaq anası K.Gökçenin boyun nahiyəsinə dəyib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törədən şəxs saxlanılıb. Polis araşdırmalara başlayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net