Bakıda ev sahibi hədələnib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-də rayon ərazisindəki evlərdən birinə girib, ev sahibəsini hədələyərək pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Musayev saxlanılıb.