İranın cənub-qərbində, Xuzistan ostanında neft emalı zavodunda yanğın qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi yanğınsöndürənlərə istinadən məlumat verib.
İlkin ehtimala görə, Bender-Mahşəhr şəhərində yerləşən neft emalı zavodunda başlayan yanğına səbəb yanacaq sızmasıdır.
Yanğının əhatəsi və baş vermə səbəbləri dəqiqləşdirilir.