Səkkizinci sinif şagirdi təhsil aldığı məktəbin müdir müavinini bıçaqlayıb.
360 TV-nin məlumatına görə, hadisə Rusiyanın Novosibirsk vilayətində qeydə alınıb.
Mənbə bildirir ki, qadın xidməti mənzildə yaşayıb. Hadisə baş verən gün o, evdə tək olub. İlkin ehtimallara görə, şübhəli qarət məqsədilə pəncərədən evə daxil olub. Lakin qadın oyanıb və onu saxlamağa çalışıb. Yeniyetmə isə cavabında müəllimini bıçaqla vurub. Qadın yerindəcə keçinib.
Polis hadisə yerində olan əlcəklərə və yerdəki ayaqqabı izlərinə görə şübhəlini saxlayıb.
Yeniyetmə törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı istintaqa başlanılıb.