Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib.
“Report” xəbər verir ki, uzun müddətdir onkolji xəstəlikdən əziyyət çəkən M.Sadıqov 57 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Sadıqov 2010-2015-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2015-ci ildən isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışırdı.
Xatırladaq ki, M.Sadıqov son 1 ay ərzində Azərbaycanda vəfat edən 4-cü hakimdir. Bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimləri Əfllatin Qasımov, Namiq Məmmədov və Müseyib Hüseynov dünyasını dəyişiblər.