Polisdən növbəti əməliyyat: Bakıda karantin qaydalarını pozan istirahət mərkəzi aşkarlandı
Tarix: 6-07-2020, 11:58 | Çap et
Polisdən növbəti əməliyyat: Bakıda karantin qaydalarını pozan istirahət mərkəzi aşkarlandı
Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şosesində xüsusi karantin rejimi qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəaliyyət göstərməsi aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Xatırladaq ki, dünən polis əməkdaşları xüsusi karantin rejiminin pozulması ilə bağlı Bakının məşhur hotellərindən biri olan “Fairmont Hotel”də əməliyyat keçirmişdi.









Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net