Özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutuldu
Tarix: 29-06-2020, 16:45 | Çap et
Özünü polis əməkdaşı kimi təqdim edən şəxs tutuldu

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edək ki, Z.Əhmədov bundan əvvəl CM-in 178-ci yəni dələduzluq maddəsi ilə həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net