Bakı sakini yaşadığı evin həyətində qazıntı işləri apararkən silah tapıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ə.Mirzağayev yaşadığı evin həyətində qazıntı işləri apararkən tapdığı 1 ədəd “Revolver” markalı tapançanı könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.