Həbs növbəsi hansı icra başçısındadır?
Tarix: 27-05-2020, 11:14 | Çap et
Həbs növbəsi hansı icra başçısındadır?
Son günlər ayrı-ayrı vəzifəli şəxslərə qarşı sərt cəza siyasətinin yürüdülməsi məmurların əməlli-başlı kabusuna çevrilib, desək - yanılmarıq. Bunu elə Vertikal.Az-a xəbər verən hökumətdəki mötəbər mənbə də təsdiqləyir.

Xəbərə görə, hətta vəziyyət o həddədir ki, son durumların əsas hədəfi kimi görünən icra başçılarından bəziləri könüllü olaraq istefaya belə razıdırlar ki, nəinki biabırçı həbsə...

Məlumatlı mənbənin bildirdiyindən belə məlum olur ki, hal-hazırki bayram tətili məlum gərginliyi səngitmiş kimi görünsə də, sözügedən dalğa bayramdan sonra yenidən intensivləşəcək.

Mənbə bildirir: "Daha iki rayonun başçısı ilə bağlı həbs qərarı verilə bilər. Onlardan biri Şəmkirin icra başçısı Alimpaşa Məmmədovdursa, digəri də Samuxun rəhbəri Alı Qocayevdir. Hər iki icra başçısı "qara siyahı"dadır və sərt qərarlar verilə bilər".






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net