Şabranda bədbəxt hadisə baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2009-cu il təvəllüdlü Əli Məlikli yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb.
Azyaşlı Şabran Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.