Bakıda avtomobillə vurularaq ölən piyadanın kimliyi məlum olub
Tarix: 20-05-2020, 10:03 | Çap et
Bakıda avtomobillə vurularaq ölən piyadanın kimliyi məlum olub

Bakıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən kişinin şəxsiyyəti məlum olub.

APA-nın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu, M. Həsənov küçəsində Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyevanın idarə etdiyi “Jeep Cherokee” markalı avtomobillə naməlum kişini vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Yasamal rayon Polis İdarəsinin Ciayət Axtarış Şöbəsi və 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ramiz Ağaverdiyev olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismarı qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net