ŞOK: Ermənilərlə işbirliyində olan şirkətlə müammalı əməkdaşlıq
Tarix: 30-11-2019, 08:35 | Çap et
ŞOK: Ermənilərlə işbirliyində olan şirkətlə müammalı əməkdaşlıq
Son günlər sosial şəbəkələrdə həm Ermənistanda, həm də Azərbaycan bazarında xidmət göstərən GMS şirkəti ilə bağlı etiraz aksiyası start götürüb. Məsələ mətbuatın da diqqətindən yayınmayıb.

Sfera.az-ın məlumatına görə, söhbət Ukrayna yəhudiləri tərəfindən yaradılan GMS (isveç-ukraina-israil) telefon operatorunun Azərbaycana gəlişi sərt etirazlara səbəb olmaqdadır. Dəhşətlisi odur ki , GMS Ermənistanda fəaliyyət göstərir və məlumata görə Qarabağ telekom üçün də xidmətlər göstərir. Kim zəmanət verə bilər ki, bizim danışıqlarımız Ermənistana ötürülməyəcək?

Mövzuyla bağlı fikirlərini bölüşən politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan üzrə direktor müavini Elçin Axundzadə bunları deyib: "Mən bir neçə dəfə müəyyən teleşirkət rəhbərlərinə məlumat çatdırmışam ki, GMS GLOBAL MESSAGE SERVİCES ermənilərə xidmət edən şirkətlərdən biridir. Bu şirkətin Azərbaycanın mobil şirkətləri ilə 2020-ci ilin mart ayına qədər müqaviləsi var. Ümid edirəm ki, yeni müqavilə respublikamızın milli maraqlarına uyğun olaraq yeni və daha samballı bir şirkətlə bağlanacaq, müqavilənin uzadılmasına imkan verilməyəcək”.

Tanınmış politoloq hesab edir ki, GMS və yerli mobil şirkətlər Azərbaycan cəmiyyətini tam şəkildə əmin etməlidirlər ki, ölkəmizdəki heç bir məxfi məlumat Ermənistana ötürülməyəcək: "Mənim bu barədə olan fikirlərim və dediyim sözlər iddia deyil, faktdır. Bu faktı GMS şirkətinin rəsmi səhifəsinə baxan hər bir insan asanlıqla görə bilər. GMS şirkəti işğalçı Ermənistanla iş birliyindədir və Azərbaycan mobil şirkəti Azərcell ilə də iş birliyində olduğu GMS şirkətinin səhifələrinə də yazılıb. Bu isə çox acınacaqlı faktdır, çünkü GMS şirkəti Azərbaycandan informasiyanı Ermənistana ötürə bilər”.

"Ermənistanla əməkdaşlıq edən GMS şirkəti ilə müqavilə imzalayan Azərbaycan mobil distribiyutr şirkətləri nədən bu barədə mətbuta bəyanatla çıxış etmirlər?” sualını isə Elçin Axundzadə belə cavablandırıb:”Çünkü bunu açıq olaraq etiraf etməkdən çəkinirlər. Əgər müqaviləni təzələdikləri müddətdə bunu etiraf etsələr, cəmiyyətin kəskin reaksiyası ilə qarşılaşa bilərlər. Düşünürəm ki, cəmiyyətimiz bu tipli fəaliyyətləri kəskin şəkildə qınayacaq. Çünkü Qarabağ uğrunda kifayət qədər sayda həlak olan şəhidlərimiz var. Həmçinin sağlamlığını qurban verib əlil olan döyüşçülərimiz də, bizim cəmiyyətin nümayəndələridir. Bu insanlardan əlavə, bugün Azərbaycanımızı canı qədər çox sevən, hər an onu müdafiə etməyə hazır olan insanlarımız var ki, bu şirkətlərin GMS şirkəti ilə əməkdaşlığına kəskin şəkildə reaksiya verərlər. Mən məmmuniyyətlə qeyd edərdim ki, həmçinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın Milli maraqlarını ən mükəmməl şəkildə müdafiə edib. İşğalçı Ermənistanın qoşulduğu ticari təşkilatlarla iş birliyindən qəti şəkildə imtina edib. Bütün Beynəlxalq Təşkilat və Tədbirlərdə Ermənistanın işğalçı mövqeyini sərt şəkildə tənqid edib. Ermənistanda fəaliyyət göstərən GMS şirkəti ilə iş birliyində olan yerli mobil şirkətlər qorxurlar ki, mətbuata bunu bəyan etsələr, bu fakt Azərbaycanın prezidenti və Birinci Vitse Prezidenti tərəfindən heç də xoş qarşılanmayaraq, tənqid olunacaq. Yəqin ki GMS şirkəti Bakıya gəlib, müqaviləni uzadıb, geri döndükdən sonra biz bu barədə məlumatı GMS şirkətinin səhifələrindən ala biləcəyik.”

Qondarma Dağlıq Qarabağ Muxtar Vilayətinin mobil şirkətləri ilə əməkdaşlıq edən Ermənistanın ArmenTel mobil şirkəti ilə iş birliyi quran GMS mobil şirkətinin bu mövqeyi ilə işğalçı rejimi dəstəklədiyini yazan politoloq özünün facebook statusunda vurğulayır ki, "GMS rəhbərliyi bilməlidir ki, işğalçı Ermənistan Azərbaycanın 20%-dən artıq torpaqlarını 20 ildən artıqdır ki işğal edib. Torpaqlarımızın azad edilməsi barədə BMT-nin qəbul etdiyi 4 qətnamə indiyədək yerinə yetirilməyib. Sərhədlərimizdə indi də həm Azərbaycan əsgəri, həm də mülki şəxslər ermənilər tərəfindən atılan güllələr sayəsində şəhid olurlar. Axı balaca Zəhranın nə günahı var idi ki, erməni gülləsinə tuş gəldi? Əli balaca Zəhramızın qanına bulaşmış işğalçı Ermənistan ilə əməkdaşlıq edən GMS mobil şirkəti, indi nə üzlə Azərbaycana gəlir? Əgər gəlirsə, Azərbaycan cəmiyyətini tam şəkildə əmin etməlidir ki, Azərbaycanın heç bir məxfi məlumatları Ermənistana ötürülməyəcək. Bu barədə Ermənistanla olan müqavilənin bütün şərtləri açıqlanmalı, GMS şirkətinin nümayəndələri Azərbaycanda press-konfrans keçirməli və yerli jurnalistləri maraqlandıran bütün suallara cavab verməlidir.”

"GMS şirkəti öz rəsmi səhifəsində ArmenTel ilə yanaşı, Azercellə də əməkdaşlıq etdiyini göstərib. Bəs Azercell bu barədə nədən informasiya yaymır?” məsələsinə Elçin Axundzadə belə münasibət bildirib: "Qeyd etdiyim ki, yerli cəmiyyətin qınağından qorxaraq bunu etmir. Çünkü bugün Azərbaycan cəmiyyətində yetərincə vicdanlı və vətənpərvər insanlarımız var və o insanlar bu faktı çox mənfi hal kimi qarşılayacaqlar. Mən özüm də, Ermənistan ilə əməkdaşlıq edən GMS mobil şirkəti ilə Azercellin iş birliyində olduğunu görəndə həqiqətən bir Azərbaycan vətəndaşı olaraq çox sarsıldım.Tələb edirəm ki, Azercell rəsmiləri tezliklə buna aydınlıq gətirsinlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net