Nizami İsgəndərovun depozit sitəmi: sahibkarlar pulunu geri ala bilmir
Tarix: 30-04-2016, 10:42 | Çap et
Nizami İsgəndərovun depozit sitəmi: sahibkarlar pulunu geri ala bilmir
Son bir neçə aydır ki, sabiq millət vəkili Nizami İsgəndərova məxsus “Sumqayıt” və “Cavid” Ticarət Mərkəzləri sürətlə boşalmaqdadır. Ard-arda yaşanan iki devalvasiyadan sonra onsuz da məhdud olan alıcı çevrəsindən ciddi şəkildə məhrum olan arendatorlar, bir-birinin ardınca adıçəkilən ticarət mərkəzlərini tərk etməkdədir. Lakin iflas edərək ticarət mərkərləzini tərk edən arendatorların gedişi də onlar üçün problemsiz başa gəlmir.
Özəl mənbədən cümhuriyyət.az-a daxil olan məlumata görə, N.İsgəndərov ticarət mərkəzini tərk etmək istəyən arendatorların gedişini əngəlləmək, sahib olduğu obyekltlərin tam olaraq boşalmasının qarşısını almaq üçün ticarət mərkəzindən getmək istəyən xırda sahibkarların işə girən zaman qoyduqları depozitləri geri qaytarmaq istəmir. Müxtəlif bəhanələrlə depozitləri geri verməkdən imtina edən rəhbərlik arendatorları get-gələ salmaqla onları süründürməçiliyə məruz qoyur.
Mənbənin sözlərinə görə, hazırda öz depozidini ala bilməyən xeyli sayda insan var ki, bu insanlara həmin depozitlərin qaytarılıb-qatarılmayacağı bəlli deyil. Bəzi arendatorlasrın almalı olduğu depozit isə arenda borcuna çıxılıb və onlara heç bir alacaqları olmadıqları bildirilib. Bilgili qaynağın məlumatına görə, ticarət mərkəzlərində dükan götürən zaman arendatorlar ora 300, 500 və 1000 manat məbləğində depozit qoyublar. Əvəllər depozit haqqı 300 manat olsa da, sonrakı dövrlərdə bu məbləğ 500 və 1000 manata qaldırılıb. Depozitlər arenda haqqını verə bilməyən şəxslərdən arenda haqqını çıxmaq üçün nəzərdə tutulub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net