Məmur özbaşınalığı vətəndaşları bataqlığa batırır
Tarix: 7-04-2016, 10:00 | Çap et
Məmur özbaşınalığı vətəndaşları bataqlığa batırır
Redaksiyamıza Ceyranbatan qəsəbəsi “Asfalt zavod” yaşayış massivinin sakinləri adından şikayət məktubu və video göndərilib. Həmin materialı çoxsaylı oxucularımıza təqdim edirik.
Hörmətli redaksiya, artıq on beş ildən çoxdur ki, bu ərazidə yaşayırıq və bu müddət ərzində biz sakinlər, ərazidə kanalizasiya sisteminin olmamasından çox əziyyət çəkirik. Kanalizasiyanın yoxluğundan yollarımız tamamilə bərbad vəziyyətdədir. Hər yağış yağanda vəziyyət acınacaqlı olur, yolları su basır, palçıqlı yollarla məktəbə gedən uşaqlar nə əziyyət çəkir bir Allah bilir. Dəfələrlə Sumaqyıt su kanal idarəsinə müraciət etsək də nəticə yoxdur. Su kanal idarəsinin rəisi Darvin Hüseynov sakinləri nəinki qəbul etmir, heç ona ünvanladığımız məktublara belə cavab yazmağa vaxt tapmır.

Ən dəhşətlisi budur ki, bu idarənin işçiləri hər ay gəlib sakinlərə su və kanalizasiya pulunun çeklərini təqdim edib, borcu ödəməyi tələb edirlər. Əks halda sakinlərin öz hesabına çəkdikləri su xətlərini kəsəcəkləri ilə hədələyirlər. Əslində kanalizasiya xəttinin çəkilməsi üçün elə də yüksək məbləğ lazım deyil. Çünki, biz sakinlər məcbur qalıb, öz vəsaitimiz hesabına kanalizasiya xətti üçün lazım olan boruları almışıq.



Lakin toplanan vəsait kifayət etmədiyinə görə gördüyümüz işlər yarımçıq qalıb. Görünür “Azərsu” ASC isə bu illər ərzində sakinlərdən qeyri-qanuni yığdığı pulu xərcləmək istəmir. Adi bir hesablama aparsaq görərik ki, “Azərsu” biz sakinlərdən 10 il ərzində nə qədər pul “oğurlayıb”? 200 ailə, hər ailə orta hesabla aya 15 m/3 sərfiyyat edəirsə 10 ilə -21 600 manat olur.
Vertikal.az







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net