Qaxda "yuyulan" milyonların - Statistikası
Tarix: 9-02-2016, 09:19 | Çap et
Qaxda "yuyulan" milyonların - Statistikası
Qaxın icra başçısı Musa Şəkəliyevi yalnız tenderlər maraqlandırır.

Vertikal.az tia.az-a istinadla xəbər verir ki, Su Melorasiya ASC-nin prezidenti Əhməd Əhmədzadənin qohumu olan Şəkəliyevin gördüyü işlər «göz çıxarır».

Təkcə bir neçə məsələ üzrə keçirilən tenderdə az qala 1 milyon manata yaxın vəsait hansı şəkildə şişirdildiyi az qala baş gicəlləndirir.

Məsələn, Qaxda 9 saylı uşaq bağçasının təmir işlərinə 26 min manat xərclənsə də, binaların dam örtüyü və fasadların təmirinə 63 min manat ayrılıb. Amma Şəkəliyevin bir məsələdə müəyyənləşdirdiyi qiymət isə az qala Ginnesin Rekordlar kitabına düşəcək həddədir. Təsəvvür edin ki, rayonun Axundov küçəsi ilə Məmmədov küçəsinin kəsişməsində yerləşən, döngə 1-də təmir işlərinin həyata keçirilməsi üçün ayrılmış vəsaitin həcmi 247207,72 manat təşkil edib. Və bu döngədə yalnız asfalt çəkilib ki, bu da həddindən artıq böyük rəqəmdir.

Musa Şəkəliyevin Səməd Vurğun küsəsində yerləşən 5 saylı yaşayış binasının dam örtüyü və fasadının təmirinə çəkdiyi xərc də astronomikdir. İcra başçısının bu işlərə 47989,01 manat sərf etdiyi sənədləşdirilib.

Eyni işlər Üzeyir Hacıbəyov küçəsində aparılıb ki, buradakı rəqəm 64 min manata yaxın olub.

Amma xərclər bununla da bitməyib. Məlum olub ki, Qaxın Ağçay kəndinin giriş yolunun təmir edilməsinə də külli miqdarda pul xərclənib. Belə ki, bu işlərə 83870 manat sərf olunduğu qeyd olunur. İndi kəndin yollarını asfaltlasaydılar, yəqin ki, işlər bir neçə milyon manata başa gələrdi.

Analoji işləri Qarabaldır kəndində həyata keçirən təkcə giriş yolunun təmirnə 105 min manat sərf etdiyini əsaslandırıb. İndi camaat da düşünür ki, təkcə giriş hissəsi bu qiymətə başa gələn yolun, qalan hissəsi üçün nə qədər pul lazımdır.

Qaxın icra başçısı 28 May küçəsində təmir işlərini də həyata keçirib. Və bunun üçün sənədlərə 134 min manatlıq bir rəqəm yazdırıb. Mal-material, inventar, əkin materiallarının satın alınması üçün 26000 manat, ehtiyat hissələrinin satın alınması üçün 20 min manat, 2 saylı uşaq bağçasının təmiri üçün isə 28 min manat ayrılmış pul isə icra başçısının şampulusu sayılır. Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net