DYP Post rəisi işçilərinə sələmə pul verir?
Tarix: 18-01-2016, 10:46 | Çap et
DYP Post rəisi işçilərinə sələmə pul verir?
Ötən günlərdə DYP əməkdaşı Mayəddin Hüseynovun 2014-cü ilin iyun ayının 18-də azyaşlı Mirnəsir Bəxtiyar oğlu Əbilovu vuraraq, öldürdüyünə dair məlumat yayılmışdı. Həmin məlumatda vurğulanırdı ki, DYP əməkdaşı əvvəlcə mərhumun ailəsi ilə danışaraq, onlara yardımçı olacağını bildirsə də, sonradan Lənkəran Prokurorluğu ilə məsələni həll edərək, işdən sıyrılıb.

Həmin məlumatda vurğulanırdı ki, Mayəddin Hüseynov hadisəni Lənkəran Prokurorluğunda ört-basdır etməyə nail olub. Yazıda mərhumun anası Zəminə Əbilovanın şikayətçi düşdüyü qeyd olunsa da, sonra da dərdli ana mətbuata açıqlama verərək bildirmişdi ki, onun Lənkəran Prokurorluğu və prokuroru əvəzləyən Vəli Mustafayevdən heç bir şikayəti yoxdur. Eləcə də baş verən hadisə ilə bağlı kimsəyə qarşı hər hansı bir iddia irəli sürmür.

Vertikal.az Azad.Mediaya istinadən xəbər verir ki, Mayəddin Hüsynov hadisənin ört-basdır edilməsi üçün Lənkəran prokurorunun əvəzedicisi olan Vəli Mustafayevlə ortaq dil tapıb. Həmin «diltapma» işinə isə onun rəisi Hikmət Qafarov yardımçı olub.

Xəbərə görə, Mayəddin Hüseynov Göytəpə DYP Postunun əməkdaşı kimi hazırda da işləyir. Onun Lənkəran prokuroru ilə arasını düzəldən Hikmət Qafarov isə Göytəpə Postunun rəisidir. Və bunun üçün 60 min manat pul xərcləndiyinə də iddialar da var.

Hətta o da iddialar arasında var ki, Mayəddin Hüseynov bir neçə yerdə həmin pulu Hikmət Qafarovdan faizlə aldığını deyib və bildirib ki, işləyərək o pulu qaytarmaqla məşğuldur.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net