Erməni Qriqoryanın Azərbaycandakı emissarı
Tarix: 10-10-2015, 13:10 | Çap et
Erməni Qriqoryanın Azərbaycandakı emissarı
Bu gündən etibarən DİA.AZ portalı olaraq Azərbaycanın siyasi məkanında olan simaları təhlil edib, çözələmə qərarını verdik. Əslində dönəm seçimimiz təsadüfi deyil. Parlament seçkiləri ərəfəsi çoxdan öləzimiş olan Azərbaycanın siyasi mühitinin ən qaynar anları olması səbəbindən kifayət qədər cəlbedicidir.

İlk «qonacımız» isə Araz Əlizadədir. Əslində bizlərdə qonaqların üzünə xoş baxarlar. DİA.AZ-ın «Bizim ŞTRİX» rubrikasında isə qonaqpərvərlikdən əsər-ədamət olmayacaq. Kimliyindən asılı olmayaraq - hədəfimizə çevrilən istənilən bir siyasi simanın daha çox tənqidə səbəb olan əlamətlərinə işıq salacağıq. Bu da bir yoldur…


1. Kimdir Araz Əlizadə…

İlk olaraq rəsmi olanlara - yəni Araz Əlizadə ilə bağlı «vikipedia»da yer alan informasiyalara nəzər salaq…

Araz Məmmədmübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir.

1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra - sədridir. (Partiya 1989-cu il dekabrın 10-da “Villi Brandtın Dostları Klubu”nun - 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A.Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın - bazasında yaradılmışdır.)

1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının “Respublika Müdafiə Şurası”nın üzvü olmuşdur. 1988-1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olmuş və onların rəhbərliyinə daxil olmuşdur.

1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak etmişdir.

Anası Zinət xanımdır. Atası Məmmədmübariz Əlizadə dahi "Nizami"nin "Xəmsə"sini Azərbaycan dilinə tərcümə edib.


2. Realda kimdir?

Yəni rəsmi qaydada Araz müəllimin yerləşdirdiyi informasiyalara nəzər saldıqda burada qeyri-adi nəyəsə rast gəlinmədi. Digər adamlar kimi o da doğulub, o da böyüyüb, o da haralardasa işləyib, o da yaşayır, o da yaradır…

Bunlar gözəl…

İndi isə keçək əsas mətləbə. Bəs realda Araz Əlizadə kimdir?

Köhnə hərəkaçıların dili ilə desək, Araz Əlizadə hər zaman Azərbaycan xalqının qarşısında dayanan birisi olub. Ona görə Milli Azadlıq Hərəkatı dönəmlərindən başladıq ki, Araz Əlizadə də məhz 1980-ci illərin sonlarında tanınmağa başlayanlardandır.

Və faktlar da təsdiqləyir ki, Hərəkatın «sosdem» qanadında yer alan Araz Əlizadənin siyasi mahiyyəti nəinki Azərbaycanın milli maraqları ilə ziddiyyət təşkil edirdi, hətta Araz Əlizadə və onun təmsil olunduğu siyasi düşərgə Qarabağ uğrunda acımasız savaşda olan Azərbaycanın minlərlə övladını vəhşicəsinə qətlə yetirən ermənilərlə təmasını ən yüksək səviyyədə qoruyub saxlayanlardan olub.


Bizim ŞTRİX: «İnternasional»dan Azərbaycanın himninəcən…

«İnternasional»ı zümzümüəsinə çevirən Araz Əlizadə üçün Əbülfəz Elçibəyin rəhbərliyi altında cərəyan edən milliləşmə prosesi olduqca yad idi. Araz Əlizadə nəinki milliləşmənin əleyhinə olub, hətta Azərbaycan türkünü bütün varlığı ilə həzm edə bilməyən bir səngərin əsas lokomotivində belə qərar tutub.

Bizim ŞTRİX: «İnternasional»dan Azərbaycanın himninəcən…

Sovetlər Birliyinin o zamankı Hərəkata yeritdiyi simaların sırasında adı hallanan Araz Əlizadənin hətta SSRİ «KQB»sindəki kuratorunun erməni mənşəli Qriqoryan olduğu da iddia olunur. Yəni məqsədli şəkildə Azərbaycan xalqının SSRİ-yə qarşı hərəkətlənməsində fəal yer tutan, amma buna rəğmən istənilən bir milliləşməni inkar edən və özündən başqa nə istədiyini kimsə bilməyən Araz Əlizadə sonradan köhnə silahdaşlarını - Milli Azadlıq Hərəkatının gerçəkdən də vətinini, millətini düşünən kəsimini xəyanətdə ittiham etməyindən də qalmadı. Onları hətta 1990-cı ilin 20 Yanvar faciəsində belə günahkar çıxardı.

Və Araz Əlizadənin «internasional» mayasından yoğrulmuş mahiyyəti diqtə edirdi ki, həmin dönəmdə Azərbaycan xalqı Sovet işğalının durdurulmasından geri çəkilsin. Halbuki bütün bəşəriyyət məhz bu gün də Azərbaycan xalqının həmin dönəmdəki rəşadətini xüsusi olaraq qiymətləndirir və SSRİ-nin dağılmasında Azərbaycan türkünün müstəsna iştirakından bəhs edir.

Araz Əlizadənin məntiqi isə bunun əksini söyləyirdi.

Çünki o, elə bir təlimat almışdı və ümumiyyətlə, Azərbaycan xalqının milli maraqlarına yad olan bu simanın hansısa mərhələdə xalqa xitab etməsi də gözlənilən olmadığından hətta ən fəal dönəmlərində belə kimsə Araz Əlizadədən millətin maraqları baxımından yaxşı nəyisə gözləmirdi. Yəni ondan hər zaman elə arazəlizadəlik gözlənildiyindən bu gün də ortalığa bir namizəd olaraq düşən Araz Əlizadəni fərqli bir ampluada təsəvvür etməyə nə cəhdlər var, nə də təşəbbüslər.


3. Nə olacaq bu adamın halı?

Araz Əlizadə artıq sifariş ünvanını dəyişdiyindən bir müddət fəaliyyətsiz qaldı. Yəni nə SSRİ «KQB»si var idi, nə də hansısa qriqoryanlar… Ona görə də bir müddət Moskvada, orda-burda başını girləyən köhnə «sosdem» sonradan Ayaz Mütəllibovun ləpirindən yapışaraq yenidən Azərbaycanın siyasi mühitində özünə yer etməyə başladı.

Seçkilərə qatıldı, özünü yenidən yaddaşlarda bərpa etdi. Amma əvvəlkindən daha betər formada. Bu dəfə Araz Əlizadə artıq vəziyyətin tam dəyişdiyini yaxşı dərk etdiyindən daha milli maraqları hədəfə alma kursu tutmadı.

Hədəfdə köhnə silahdaşları - köhnə hərəkatçılar idi. Çünki sifariş belə idi. Və beləcə Araz Əlizadə özünə yeni işyeri tapmış oldu.

Amma burada daha çox ləzzətedəni Araz Əlizadənin «millətçi» qiyafəsində ortaya çıxması idi. Yəni köhnəni antimilli siması yeni sifariş meyarlarına uyğun olaraq az qala bir MİLLƏT FƏDAİSİ kimi zühur etmişdi.

Belə bir fəaliyyəti isə Araz Əlizadəyə gerçək siyasi kimlik olaraq uğur vəd etməsə də, saxta siyasi görüntü olaraq nədərisə vəd edə bilər. Bu isə bir normalda faciə kimi qəbul olunur. Amma maləsəf ki, bu gün bizlərdə faciəvi gerçəkliklərə belə xoşbəxtlik kimi həsəd aparılır.

4. Sonuncu ştriximiz…

Təbii ki, Araz Əlizadə də Azərbaycan vətəndaşıdır və onun da Azərbaycanda yaşama haqqı var. Eləcə də milli, dini, irqi kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının olduğu kimi. Onun digər vətəndaşlarımız kimi seçilib, seçmə hüququ da var.

Amma maraqlı olanlar da var.

Araz Əlizadə görəsən, fərqindədirmi ki, artıq nə zaman o zaman deyil, nə də məkan o məkan deyil.

SSRİ miqyasında istənilən bir eybəcərlik ört-basdır etmək daha asan idi. Çünki məmləkət böyük idi və zaman köhnə idi. İndi isə elm və texnika əsridir. İstənilən bir informasiya işıq sürətilə ölkəni başına alır. Azərbaycan isə SSRİ-dən qat-qat balaca ölkədir. Burada manevr - siyasi burcutma imkanı da məhduddur. Qaçacaq yer də yoxdur…





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net