Yardımlı rayonu işğal olunub – Bir məmur tərəfindən
Tarix: 16-06-2015, 10:38 | Çap et
Yardımlı rayonu işğal olunub – Bir məmur tərəfindən
Yardımlıda zülm ərşə dayansa da, icra başçısı Sevindik Hətəmov zülmkarlara qol-qanad verir.

Bu ilginc iddia ilə Yardımlı sakinlərindən AzFakt.com-a ünvanlanan şikayətdə bildirilir. Şikayətçilər bildirirlər ki, bütün rayon Mahir Mirzəyevin zülmü altında inlədəiyi halda Sevindik Hətəmov nəinki zülmkara və onun «klanına» qarşı gəlmir, əksinə özü də bu «klanın» əlində "oyuncağa" çevrilib.

Məktub müəllifləri bildirirlər ki, Yardımlıda hər şey rüşvət mexanizmi ilə idarə olunur. Mahir Mirzəyevin ərşə dirənən zülmündən bezən əhali isə rayonu tərk edirlər. Son iki ildə rayondan köçənlərin statistikası isə buna bariz nümunədi. Məktub müəllifləri qeyd edirlər ki, Yardımlı sakinləri əvvəl Sevindik Hətəmovun Xəzər Aslanovdan fərqli olaraq Mahir Mirzəyevin əlaltısına çevrilməyəcəyini və Mahir Mirzəyevin «klanını» işdən qovacağı barədə gümanları olub. Amma, necə deyərlər, "sən saydığını say". Bir neçə aydan sonra Sevindik Hətəmov tam olaraq Mahir Mirzəyevin oyuncağına çevrilib və Mahir Mirzəyevin qəddar "diktaturasının" müdafiəçisi rolunda çıxış etməyə başlayıb. Mahir Mirzəyevin qəddarlığı o qədər böyüyüb ki, artıq bu şəxs özünü açıq-aşkar orta əsrlərin feodalı kimi aparır və hesab edir ki, bütün Yardımlı əhalisi onun "təhkimli kəndliləridir".

Məktub müəllifləri iddia edirlər ki, Sevindik Hətəmovu özünün "əlaltısna" çevirən Mahir Mirzəyev artıq əhalinin şəxsi əmlakını belə zorla əlindən alır və təbii ki, Sevindik Hətəmovun da payını verməyyi unutmur. Yəni faktiki olaraq Sevindik Hətəmov Mahir Mirzəyevin həyata keçirdiyi bütün qanunsuzluqların şərikinə çevrilib. Hazırda Sevindik Hətəmov Mahir Mirzəyevlə birlikdə Yardımlı sakinlərinin torpaq sahələri zəbt edir. Sahibkarlara isə divan tutlur. Onlardan əsasız yerə hər ay pul alınır. Verməyənlərin isə müxtəlif üsullarla dükan dükan-mağazaları bağlanılır.

Qısası, məktub müəlliflərinin sözlərindən belə anlaşılır ki, Yardımlı Sevindik Hətəmovla Mahir Mirzəyevin girovuna çevrilib. Qeyd olunur ki, Yardımlıda nə qədər ki, Mahir Mirzəyev kimi insanların ümidinə qalıb, heç bir tərəqqi və irəliləyişdən söz ola bilməz. Rayonun bütün pulları Mahir Mirzəyevin şəxsi müəssisələrinə axır. Onun-bunun adına açdıgı müəsisələrlə həm öz cibini doldurur, həm də Sevindik müəllimi sevindir.

Xatırladaq ki, Mahir Mirzəyevin bütün tayfasını rayonda rəhbər vəzifələrə yerləşdirilməsi haqda mətbuatda davamlı olaraq məlumatlar yayılır. Bir müddət əvvəl AzFakt.com Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini və YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyevin Yardımlıda vəzifədə olan qohumlarının siyahısını dərc etmişdi. Həmin siyahıya nəzər salanda doğurdan da Yardımlıdakı istismarın və məmur monopoliyasının səviyyəsi özü-özünə ortaya çıxmış olur. Biz həmin siyahını bir daha oxucularımızın diqqətinə cəlb edirik.

Yardımlıdan verilən və dəqiqləşdirilmiş məlumata əsasən Mahir Mirzəyevin mütəşəkkil şəbəkəsində yer alan əsas məmurlar aşağıdakılardır:

1. Elçin Mirzəyev - başçının müavini, Mahir Mirzəyevin əmisi oğlu. Kənd təsərrüfatı sahəsinə nəzarəti həyata keçirir. Diplomunun saxta olduğu bildirilir. Qeyri qanuni yolla Yardımlınin kənd təsərrüfatı üzrə torpaqlarını zəbt edərərk Mahirlə şərik əkin sahələrinə malikdir. 500 hektardan artıq torpaq sahəsi məhz Mahir Mizəyevin atasının adına sənədləşdirilib. Bundan başqa Mahir Mirzəyevin heyvandarlıq təsərrüfatları da Elçin Mirzəyevin nəzarəti altındadır;

2. Malik Abışov - Maliyyə şöbəsinin müdiri. Belə ki, 20 ilə yaxındır ki, Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyən Malik Abışov rayona ayrılan vəsaitlərin mənimsənilməsində Mahir Mirzəyevin sag əli olaraq bilinir. Konkret olaraq bütün maliyyə maxinasiyalarının Malik Abışovun kabinetində əlaqəli idarə müdirlərinin toplantısında planlaşdırıldığı və həyata keçirildiyi bildirilir;

3. Vüqar Məmmədov - Yardımlı Rayon Polis şöbəsinin rəis müavini, Mahir Mirzəyevin qaynı. Hüquq-mühafizə orqanlarında Mahir Mirzəyevin əsas adamı hesab olunur;

4. Akif Mirzəyev - Yardımlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsində müdir əvəzi, Mahir Mirzəyevin əmisi oğlu. Sosial sahəyə nəzarəti həyata keçirir. Rayonda əsasə narazılıqların başında gələn şəxslərdən biridir. Çünki bir qayda olaraq ehtiyacı olan vətəndaşlar dövlətdən sosial yardım ala bilmir. Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Şöbəsinin müdiri Elçin Mirzəyevin qaynıdır;

5. Manaf Balaşov - Təhsil şöbəsinin müdiri. Bu şəxsin fəaliyyəti ayrıca araşdırma mövzusudur. Rayon təhsilinə ayrılan maliyyə vəsaitlərini Mahir Mirzəyevlə şərikli şəkildə mənimsədiyi qeyd olunur. Bütün tenderlər isə bir qayda olaraq Mahir Mirzəyevin şirkətlərinə verirlir. Qeyd edək ki Rayon Təhsil şəbəsinin baş mühasibi Mahir Mİrzəyevin yeznəsidir;

6. Fəxrəddin Əkbərov - Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi. Fəxrəddin Əkbərov da Mahir Mirzəyevin birbaşa kurasiyasında çalışır. Hər ay Mahir Mirzəyevə «aylıq» verməklə yanaşı, baş həkim rayon Səhiyyə İdarəsinə ayrılan vəsaitləri Mahir Mirzəyevlə şərikli şəkildə mənimsəyirlər və yenə də tenderləri bir qayda olaraq Mahir Mirzəyevin «10 mantlıq MMCləri» udur. Ümumiyyətlə isə Yardımlıda səhiyyənin vəziyyəti elə bərbad haldadır ki, bu vəziyyəti görən yoxlamalar hər dəfə baş həkimdən külli miqdarda «bəxşiş» alıb rayonu tərk edirlər;

7. Rakif Səlifov - Gənclər və İdman idarəsinin müdiri. Mahir Mirzəyevin xalası oğlu. Bu sahəyə ayrılan vəsitləri də Mahir Mirzəyev xalası oğlunun əli ilə mənimsəyir;

8. Əli Babayev- Keçmiş Torpaq şöbəsinin müdiri. Mahir Mirzəyevin yeznəsidir. Rayon ərazisində satılan bütün torpaqlara bu şəxs nəzarət edirdi və bütün satışların haqqını birbaşa Mahir Mirzəyevə çatdırırdı;.

9. İlham Abdulov - Qaz idarəsinin mühəndisi, Mahir Mirzəyevin bibisi oğlu;

10. Elman İsmayılov - Meşə idarəsinin mühasibi, Mahir Mirzəyevin bacanağı. Rayonun meşə təsərrüfatına bütün nəzarəti o həyata keçirir. Həmçinin Mahir Mirzəyevin digər bacanağı Asif Təhməzov Meşə idarəsinin inspektor işləyir;

11. Samir Camalov - ƏƏSM-nin mühasibi, Mahir Mirzəyevin bibisi oğlu;

12. Cavid Rufullayev - MKTB-nin rəisi, Mahir Mirzəyevin qaynı;

13. Azad Nəzərov - Təhsil şöbəsinin baş mühasibi, Mahir Mirzəyevin yeznəsi;

14. Anar Alışov - Gənclər İdman İdarəsinin rəisi, Mahir Mirzəyevin qohumu;

15. Xalıq Alışov - Arxivin müdiri, Mahir Mirzəyevin qohumu;

16. Əlhüseyn Alışov - Şəhər bələdiyyəsinin sədri, Mahir Mirzəyevin qohumu;

17. İqbal Ağayev - Telekomunnikasiya Qovşağının rəisi, Mahir Mirzəyevin yeznəsinin qardaşı;

18. İlham Rzayev - Şəhər İcra nümayəndəsi, Mahir Mirzəyevin qohumu;

19. Şahlar Əliyev - Toxumçuluq idarəsinin rəisi, Mahir Mirzəyevin yeznəsinin qardaşı;

20. Qoşqar Mirzəyev - Qaz idarəsinin işçisi, Mahir Mirzəyevin əmisi oğlu;

Qeyd edə ki, bu siyahı Mahir Mirzəyevin Yardımlını orta əsrlər səviyyəsində talayan "klanının" ancaq bir hissəsidir. Demək olar ki, Yardımlının bütün idarə və müəssisələrində Mahir Mirzəyevin çox saylı qohumları müxtəlif vəzifələrdə çalışmaqdadır. Tam siyahını təqdim edərsək, bu siyahı 70-dən yuxarı edər və bütün bu insanlar Yardımlını talamaqla məşğuldur.

AzFakt.com-u məlumatlandıran mənbəninin sözlərinə görə indiyə qədər Mahir Mirzəyev 6 saylı Regional Vergilər İdarəsində işləyən yaxın dostu və şəriki İqbal Rzayevin səyi nəticəsində 10-larla kiçik müəssisələr yaradıb, dövlət vəsaitlərini həmin MMC-lər vasitəsi ilə nəqdləşdirdikdən sonra bu MMC-lər sadəcə yoxa çıxıb. Həmin MMC-lər vasitəsilə rayon Mahir Mirzəyev 10 ilə yaxındır ki, rayon büdcəsini "təmizləyir". Həmin müəssisələr isə bir qayda olaraq Vergilər İdarəsi tərəfindən yoxlanılmır. Çünki İqbal Rzayev bunun qarşısını alır. Bir müddətdən sonra isə həmin MMC-lər bağlanır və bu müəssisələri arayıb-axtaran olmur.

Çox təəssüf ki, ortada tükürpədici faktların olmasına baxmayaraq, əlaqədar dövlət orqanları bu məsələdə səssizlik nümayiş etdirirlər. Faktiki olaraq rayonu tamamilə öz monopoliyasına alan Mahir Mirzəyevin özbaşınalıqlarına heç kim dur demir. Bu üzdən də Sevindik Hətəmovun Mahir Mirzəyevin "əlaltısına" çevrilməsi anlaşılandır.

Mövzuya bir daha qayıdacaq və yeni tükürpədisi faktlar təqdim edəcyik. Bizi izləməkdə davam edin.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net