ABŞ-də qalmaqallı "Epşteyn işi" ilə bağlı sənədlərin bir hissəsi dərc olundu
Tarix: 20-12-2025, 10:19 | Çap et
ABŞ-də qalmaqallı "Epşteyn işi" ilə bağlı sənədlərin bir hissəsi dərc olundu

ABŞ Ədliyyə Nazirliyi qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərin bir hissəsini dərc edib.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Nazirlikdən bildirilib ki, burada məxfi sayılan şəxsi məlumatlar və ya cinsi məzmunlu materiallar da yer ala bilər.

Qeyd edək ki, Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qızı Manhettendəki evində və şəxsi adasında fahişəliyə cəlb edib. Həmin qızlardan ən kiçiyinin 14 yaşında olduğu müəyyən edilib. 2019-cu ilin avqust ayında maliyyəçi həbsxana kamerasında intihar edib.




Xəbərlər
 
 
18-01-2026 16:40
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net