Gömrük məntəqələrində insan tıxacı
Tarix: 23-12-2015, 10:03 |
Çap et
Manatın dollar qarşısında dəyərdən düşməsindən sonra qəfil başlayan bahalaşma insanları çıxılmaz vəziyyətə salıb. JAM.AZ xəbər verir ki, ölkə daxilində qiymətlərin artmasından sonra maddi imkanları yetərli qədər bazarlıq etməyə imkan verməyən vətəndaşlar çıxış yolunu qonşu ölkələrə üz tutmaqda görüblər.
Məlumatlarda vurğulanır ki, son iki gündə Astara, Biləsuvar, Sınıq Körpü və Balakən Gömrük Keçid Məntəqələrində əsl insan izdihamı yaşanıb. Xeyli sayda insanın İran və Gürcüstana keçməsinə səbəb isə həftəlik bazarlıqlarını etmək məqsədi güdüb.
Gömrükdəki mənbələrin JAM.AZ-a verdiyi məlumata görə, səhər saatlarından 18:00-a qədər olan iş vaxtı ərzində minlərlə insan İran və Gürcüstana keçmək istəyir. Hətta son iki gündə demək olar ki, məntəqələrdə «insan tıxacları» yaranmağa başlayıb.