Çin ABŞ-ı qabaqlayır: görünməz qırıcılar, donanma...
Tarix: 15-02-2018, 05:50 | Çap et
Çin ABŞ-ı qabaqlayır: görünməz qırıcılar, donanma...
Çin əhəmiyyətli sayda müasir təyyarə və gəmi hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə informasiya Britaniyanın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun hesabatında yer alıb.

“Pekin 2020-ci ilə qədər ön eskadrilyalarda az görünə bilən “Chengdu J-20” təyyarələrinin istismarına hazırlaşır. Əgər bu baş versə, ABŞ görünməz təyyarələr sahəsindəki monopoliyasını itirəcək. Bu il, həmçinin, genişlənmiş fəaliyyət radiusu olan “hava-hava” raketləri də istismara verilə bilər.

Çinin yüksək ambisiyaları özünü dənizdə də göstərir. 2000-ci ildən etibarən Çin çoxlu sayda müxtəlif suüstü gəmi və sualtı gəmi hazırlayır. Bu gəmilərin sayı Yaponiya, Cənubi Koreya və Hindistanın ümumi gəmilərindən çoxdur”, – deyə hesabatda bildirilib.

Hesabatda Çinin öz sərhədlərindən uzaqda və hətta Avropanın yaxınlığında öz gəmilərinin yerləşdirmək qabiliyyətində olduğu vurğulanıb.




Önceki Sonraki
Yukarı


Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net