Baş nazirin milyonçu dostu Saakaşvilini məhkəməyə verdi
Tarix: 12-11-2015, 09:58 |
Çap et
Ukraynanın Baş naziri Arseni Yaçenyukun yaxın dostu, millət vəkili, milyonçu Vasili İvançuk Odessa qubernatoru Saakaşvilini məhkəməyə verib.
Axar.az xəbər verir ki, bu haqda Mixail Saakaşvili öz rəsmi Feysbuk hesabında yazıb.
Odessa vilayəti qubernatorunun sözlərinə görə, oliqarxlardan və Ukrayna hakimiyyətindən edilən təzyiqlər azmış kimi, indi də baş nazirin yaxın dostu onu məhkəməyə verib.
Saakaşvili bu haqda daha ətraflı “24-cü kanal”a danışdığını da vurğulayıb.