Obama İrana qarşı sanksiyaları daha bir il uzatdı
Tarix: 11-11-2015, 10:13 |
Çap et
ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
“Bizim İranla münasibətlərimiz hələ ki normallaşmayıb... Bu səbəbdən mən İrana dair qəbul olunmuş 12170 saylı fərmanın nəzərdə tutduğu milli fövqəladə vəziyyət rejiminin davam etdirilməsinə qərar verdim”, - deyə Obama bildirib.
Tehranın nüvə proqramı ilə bağlı tətbiq olunan sanksiyalardan başqa ABŞ iddia etdiyi “terrora dəstək” və raket proqramı kimi digər səbəblərə görə də İrana qarşı sanksiyaları qüvvədə saxlamaqdadır.